Həmcinslərini Dubaya satan azərbaycanlı qadın tutuldu

6 Fevral 2017 12:18 (UTC+04:00)

Qadınları cinsi istismara məruz qoyan Bakı sakini ələ keçib. Movqe.az Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Samirə Paşayevanın qadınları BƏƏ-nin Dubay Əmirliyinə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib.