Qar təmizləyən qadını maşın vurdu, öldü - Bakıda faciə

6 Fevral 2017 15:38 (UTC+04:00)

Bakıda ağır yol qəzası baş verib. Movqe.az lent.az-a istinadən xəbər verir ki, Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində yolun kənarındakı qar qalıqlarını təmizləyən qadını avtomobil vurub. Naməlum sürücünün idarə etdiyi nəqliyyat vasitəsi 40-45 yaşlı qadını vuraraq 10-15 metr kənara atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Qəzanı törədən sürücü avtomobili ilə birgə qaçıb.

Faktla bağlı araşdırma aparılır.