Xalq artisti dilə gəldi: "Canəli sən artıq həddini aşırsan!"

8 Fevral 2017 12:27 (UTC+04:00)

Xalq artisti Canəli Əkbərovun  muğam müsabiqəsinin münsiflər heyəti Səkinə İsmayılova, Arif Babayev, Mənsum İbrahimov, Əlibaba Məmmədovun ünvanına mətbuatda səsləndirdiyi fikirlər görkəmli sənətkarları da dilə gətirib. Xalq artisti Ramiz Məlik sosial şəbəkədə Canəli Əkbərova sərt fikrini bildirib. Movqe.az-ın məlumatına görə, Ramiz Məlik Canəli Əkbərovun “Əlibaba Məmmədov tatar mollasına bənzəyir” ifadəsinə belə münasibət bildirib: “Canəli, sən artıq həddini aşırsan. Onda sən də talış mollasısan. Utan, sərhəddi keçmə, özünü biabır edirsən. Münsiflər heyəti səni öz sıralarında görmək istəmir. Deməli, sən oralara layiq deyilsən”.

Zülfiyyə QULUYEVA