Facebookun istifadəçisi sayı 901 milyon oldu!

24 Aprel 2012 15:29 (UTC+04:00)

Mövqe.az CNN-ə istinadən bildirir ki, Sosial şəbəkə olan Facebookun istifadəçi sayının 901 milyona çatdığı və avqust ayında bu sayın 1 milyarda çatmasının gözlənildiyi ifadə edilib.

Gün ərzində 3.2 milyard şərhin edildiyi və 300 milyon yeni fotoşəkilin yükləndiyi Facebookun 901 milyon istifadəçisinin 526 milyonu gündəlik aktiv istifadəçidir.

Facebookun mobil istifadəçi sayının da 488 milyona çatdığı açıqlanıb.

Facebookun ABŞ Daşınan qiymət və Birja Komissiyasına verdiyi S-1 formasında olan məlumatlarına görə 2012-ci il yanvar ayında Facebookun istifadəçi sayı 845 milyon olub.

Facebook dünyanın ən geniş sosial şəbəkəsi xüsusiyyətini qoruyarkən "Twitter" də fevral ayında 500 milyonu keçərək siyahıdakı ikinciliyini qoruyub."Twitter"dəki aktiv hesab sayı isə 140 milyondur.


Ziba Yusifova