İlk “zamok” ixtira edildi

24 Aprel 2012 15:32 (UTC+04:00)

29 aprel 1913-cü ildə Amerikada Gideon Sundbek ona məxsus  olan, "zipper" ixtiranı patentləşdirdi. Bu gün "zipper" bizə "paltar zamoku"  kimi məlumdur. Bu zamokun ilk prototipi amerikalı Uitkom Judson tərəfindən yaradılmışdır. Lakin cihazı hazırlamaq olduqca çətin idi.

Bir çox şikayətlərdən sonra, iflas üzrə olan Judson işə tərəfdaşları cəlb edir. Onlar isə Amerikalı mühəndis Gideon Sundbekanı dəvət edirlər. Bir neçə il axtarışdan sonra Sundbek zamokun yeni istehsal texnologiyasını hazırlamışdır.

Qeyd edək ki, ixtira edilən zamok, sabit kütləvi olan iki tekstil bantlardan ibarət idi. Bu yarıların birləşib ayrılması, üzərində olan sürüşmə kilidi sahəsində olurdu.

Yeni zamokun tədbiqi daha uzun və əziyyət verən idi. Çünki ilk pis təcrübə insanlarda etibarsızlıq yaratmışdı.

Lakin zamanla ixtira edilmiş zamok, öz etibarlığını sübut etdi. Və 1923-cü ildə geniş yayıldı.

Türkan Nadirqızı

Mövqe.Az