Dolların sabaha olan məzənnəsi

13 Fevral 2017 21:37 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 14-ə olan USD/AZN məzənnəsini açıqlayıb. AMB-dən verilən məlumata görə, USD/AZN məzənnəsi 1,7301 manat səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin sabit qalması deməkdir. Qeyd edək ki, sonuncu dəfə dolların məzənnəsində rekord fevralın 1-də qeydə alınıb. Bu zaman USD/AZN məzənnəsi 1,9200 manat olmuşdu. Bu günə dolların məzənnəsi isə 1,7301 manat olub.