“Cocuq Mərcanlıda 150 evlik yeni qəsəbə tikiləcək” - ƏLİ HƏSƏNOV

15 Fevral 2017 19:29 (UTC+04:00)

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaxın zamanlarda 150 evlik yeni qəsəbənin tikintisinə başlanacaq. APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

 

Baş nazirin müavini bildirib ki, qəsəbədə təhsil, səhiyyə, mədəniyyət ocaqları da inşa olunacaq.

 

Ə. Həsənov “Azərbaycanda işğaldan azad olunan kəndlərə qayıdış başlayıb, ermənilər isə Qarabağdan kütləvi köç etməyə başlayıblar”, deyə bildirib.