350 min köçkün yataqxanalarda yaşayır

16 Fevral 2017 10:32 (UTC+04:00)

2016-cı ildə əvvəlki ilə nisbətən iki dəfə çox, – 56 min 631 nəfər münasib işlə təmin olunmuş və bunlardan 20 min 745-i gənclər olmuş, 1148 nəfər isə ödənişli ictimai işlərə cəlb edilib.

Movqe.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.

O bildirib ki, ötən 25 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 6,2 milyard manatdan çox vəsait sərf olunmasına və onlar üçün 95 müasir qəsəbə tikilib istifadəyə verilməsinə baxmayaraq, hələ də işğal altındakı yurdlarına qayıda bilməyən bu insanların çoxsaylı problemləri qalmaqdadır: 

“Hazırda təbii artımla sayı 1 milyon 200 minə çatan bu şəxslərin 350 mini hələ də qəzalı binalarda və yataqxanalarda yaşayır. Qaçqınların və məcburi köçkünlərin problemləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma, övladlarının təhsil və ödəniş problemlərinin həlli barədədir. Onların öz ərizələrində etdikləri xahişlərlə yanaşı, bəzən qarşılaşdıqları laqeydlik və biganəlik hallarından şikayətləri də olur”.