Bakının bu rayonlarında su olmayacaq

16 Fevral 2017 10:42 (UTC+04:00)

Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsindən keçən 500 mm diametrli magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə  Movqe.az-a "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumat verilib.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.