23 yağlı oğlan özünü öldürüb

16 Fevral 2017 11:09 (UTC+04:00)

Ağcabədi rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Movqe.az verilən məlumata görə, hadisə fevralın 15-də rayonun Yuxarı Qiyaməddinli kəndində baş verib. Kənd sakini, 1994-cü il təvəllüdlü Cəfərov Şəmistan Sevindik oğlu özünü yaşadığı evin həyətində asaraq intihar edib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.