Nazirlə görüş vaxtı dəyişdi

16 Fevral 2017 11:18 (UTC+04:00)

İqtisadiyyat naziri Şahin Mustafayevin fevralın 17-də Beyləqanda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a bildirilib ki, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.