10 min manat oğurlamış qadın ələ keçdi - AZƏRBAYCANDA

16 Fevral 2017 13:58 (UTC+04:00)

Abşeronda oğurluq etmiş qadın tutulub. Movqe.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də Tengiz Qurbanovun 10.000 manat pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Aysel Namazova tutulub. Faktla bağlı araşdırma aparılır.