Test imtahanlarının qiyməti ilə bağlı-Açıqlama

16 Fevral 2017 15:48 (UTC+04:00)

Tarif Şurası orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak üçün qiymətlərin müəyyənləşdirilməsi məsələsinə münasibət bildirib.

Movqe.az-ın məlumatına görə, Tarif (Qiymət) Şurasının katibi İlkin Məcidov bildirib ki, məsələ ilə bağlı işçi qrup səviyyəsində müzakirələr aparılır.

İ.Məcidov vurğulayıb ki, optimal qiymət müəyyən olunacaq.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyənləşdirilməsinə dair təkliflərini Tarif (Qiymət) Şurasına göndərdiyini bildirib.