Bu yollarda sürət həddi azaldıldı

16 Fevral 2017 16:10 (UTC+04:00)

Bakının əsas avtomobil yollarında sürət həddi aşağı salınıb. Bakı Nəqliyyat Agentliyindən Movqe.az-a verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə bağlı olaraq yolun hərəkət hissəsi sürüşkən olduğundan hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev prospekti - Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin Zığ dairəsi - Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət 20 km/saat endirilib.