Azərbaycanda talassemiya genini irsən alan xəstələrin sayı azalıb

16 Fevral 2017 16:59 (UTC+04:00)

Azərbaycanda nikahdan öncə müayinələrin tətbiqi nəticəsində hər iki valideyndən talassemiya genini irsən alan xəstələrin sayı xeyli azalıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, əgər 2014-cü ildə Talassemiya Mərkəzində 317 homoziqot xəstə qeydiyyata götürülmüşdürsə, 2016-cı ildə belə xəstələrin sayı 100 olub.

Ötən il ərzində 143694 nikaha daxil olmaq istəyən şəxs müayinədən keçmiş, onların 4649-nda talassemiya daşıyıcılığı aşkar edilib.

Respublika Talassemiya Mərkəzində 2014-cü ildən talassemiya xəstəliyinin radikal müalicəsinə-sümük iliyi transplantasiyasına başlanıb. Artıq 42 xəstəyə sümük iliyi transplantasiya əməliyyatı icra olunub.