Brilliant Dadaşova həmkarlarına söz atdı: "Şeytana qulluq edirlər"

16 Fevral 2017 17:38 (UTC+04:00)

Xalq artisti Brilliant Dadaşadova adının qalmaqalda hallanmasına münasibət bildirib.
 
Movqe.az  "qafqazinfo”ya istinadən məlumatına görə, müsahibə verən ifaçı bu sözləri vurğulayıb: “Xəcalət çəkdiyim bir məqam odur ki, həmkarlarım bir-birilərinə nalayiq sözlər deyirlər. Daha sonra tamaşaçı qarşısında qucaqlaşıb öpüşürlər. Simasızlıq baş alıb gedir və bu, məni çox narahat edir. Bunlar mədəniyyətdən çox uzaq bir amildir. İncəsənət və mədəniyyət başqa bir aləmdir. Əfsuslar olsun ki, bu etik normalara riayət olunmur".
 
Xalq artisti deyib ki, bütün bunlar "çox ayıb və utanc yaradan bir haldır": "Kimsə adımı çəkib gündəmə gəlmək istəyir. O şəxslərin çoxu məni təqlid edən insanlar olub. Musiqi aləminə gətirdiyim yol və xırdalıqlarla evlərinə çörək pulu aparan şəxslərdir. O insanlar kimə qulluq edirsə… Yəqin ki, şeytana qulluq edirlər. Bizim onlarla işimiz olmaz. Hansı formada istəyirlərsə, elə də gündəmə gəlsinlər. Mənim üçün maraqlı deyil. 17-20 il bundan əvvəl böyük səhv edərək bir nəfərə cavab vermişəm. Əslində cavab verməməli idim. O zaman bilmirdim ki, sənət insanları gündəmə gəlmək üçün bir-birilərinə sataşırlar. Daha sonra bildim, alışdım. Kim məndən danışırsa, cavab vermirəm. Hesab edirəm ki, mənim diqqətimi cəlb edəcək şeylər deyil”.