Gömrükdə külli miqdarda siqaret aşkarlandı

16 Fevral 2017 18:19 (UTC+04:00)

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti keçirilib. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Movqe.az-a verilən məlumata görə, gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsinin arxa buferində, yük yerində və oturacaqlarının içərisində cəmi 9200 ədəd "Kent" və "Marlboro" markalı siqaretlər aşkar olunub.
 
Faktla bağlı araşdırma aparılır.