"Fərat qalxanı" əməliyyatı Əl-Bab bölgəsindən sonra da davam edəcək

16 Fevral 2017 19:30 (UTC+04:00)

"Fərat qalxanı" əməliyyatı Əl-Bab bölgəsindən sonra da davam edəcək. Bunu Türkiyənin milli müdafiə naziri Fikri İşıq deyib.

Nazir qeyd edib ki, Əl-Baba nəzarət tamamilə ələ keçirilib, ərazidə təmizlik işləri aparılır:

"Fərat qalxanı" Əl-Babdan sonra da davam edəcək. Sırada Münbiç və Rakka bölgələri var".

F.İşıq hazırda Azərbaycanda səfərdə olan ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun sabah Türkiyəyə gələcəyini bildirib.