Bakıya güclü qar yağır

17 Fevral 2017 09:50 (UTC+04:00)

Bu gecə Bakıya güclü qar yağıb. Movqe.az xəbər verir ki, bütün şəhər qarla örtülüb. Hazırda paytaxtın bəzi yolları sürüşkəndir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağını bildirb. Gecə və səhər yolların buz bağlama ehtimalı var. Departament bu günün sonuna kimi Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyini, qar yağacağını proqnozlaşdırıb.