Bakıda mağaza yanıb

17 Fevral 2017 10:36 (UTC+04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb. Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan mağazada yanğın baş verib. Hadisə nəticəsində mağazanın yanar konstruksiyaları yanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində digər mağazalar yanğından mühafizə olunub.