Elmar Məmmədyarov Münhendə Nalbandyanla görüşdü

17 Fevral 2017 10:20 (UTC+04:00)

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və onun erməni həmkarı Edvard Nalbandyan arasında Münhendə görüş olub.Movqe.az bildirir ki, bu barədə öz Facebook səhifəsində Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Tiqran Balayan yazıb.

T.Balayan, görüşün ATƏT Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə baş tutduğunu bildirib.

Görüşün digər təfərrüatları açıqlanmır.

Danışıqlar Münhen Təhlükəsizlik Konfransı çərçivəsində aparılıb.