Avropa Parlamenti vahid Avropa ordusunun yaradılması üzrə qətnaməni təsdiq edib

17 Fevral 2017 11:00 (UTC+04:00)

Avropa Parlamenti (AP) Avropa İttifaqının (Aİ) mərkəziləşdirilməsi, Aİ-nin maliyyə naziri postunun və ümumi Avropa ordusunun yaradılması səyləri haqqında qətnaməni təsdiq edib. "Movqe" BBC-yə istinadən xəbər verir ki, sənəd Belçikanın sabiq baş naziri və Brexit-ə görə danışıqlar üzrə məsul şəxs Qi Verxofstadt tərəfindən təklif olunub. Qətnamənin lehinə 283 avrodeputat səs verib, 269 deputat sənədin əleyhinə çıxıb, 83 nəfər bitərəf qalıb.