Buzda xəsarət alanların sayı açıqlandı-Rəsmi

17 Fevral 2017 11:55 (UTC+04:00)

 

“Dünən gecə saatlarından qarın yağması, yolların buz bağlaması üzündən yıxılaraq əzilən və travmalar alan 4 nəfər təcili tibbi yardıma müraciət edib. Onların 4-ü də qadındır.Təcili yardıma edilən çağırışların sayı isə artmayıb. Sutkalıq müraciətlərin sayı 1800 olub".
Bu sözləri Movqe.az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev söyləyib. R.Nağyev bildirib ki, müraciət edən şəxslər xəstəxanalara yerləşdirilib: “Onların içərisində uşaqlar yoxdur. 4 nəfər yuxarı yaş qrupunda qadınlardır”.

Zülfiyyə QULUYEVA