Qar uçqunu oldu, 7 kəndlə əlaqə kəsildi-Azərbaycanda

17 Fevral 2017 14:10 (UTC+04:00)

Bu gün Quba-Xınalıq yolunda qar uçqunu olub. Movqe.az xəbər verir ki, uçqun magistralın 37-ci kilometrliyində baş verib.
 
Uçqun nəticəsində yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Xınalıqla bərabər yolun üzərində olan daha 7 kəndlə əlaqə kəsilib. 
 
“Azəravtoyol” ASC-nin yerli qurumunun canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun təmizlənməsi istiqamətində işlər aparılır.