Daşkarxanasında işləyən fəhlə yıxılıb öldü

17 Fevral 2017 14:22 (UTC+04:00)

Fevralın 16-da Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki daş karxanalarından birində faciəvi hadisə yaşanıb. Movqe.az-ın Daxili İşlər Nazirliyinə ( DİN ) istinadən məlumatına görə, Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki daş karxanalarından birində fəhlə işləyən Cəlilabad rayon sakini Naib Ağamalıyev yüksəklikdən yıxılaraq ölüb.