Qarlı hava ilə bağlı Bakı Avtovağzalından açıqlama

17 Fevral 2017 14:34 (UTC+04:00)

Qarlı hava rayonlardan gələn marşrutların fəaliyyətinə təsir etməyib.  Bu barədə  Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sahə rəisi Məhəmməd Abdullayev məlumat verib.

Onun sözlərinə görə, səhər saatlarında bölgələrdən Bakı istiqamətinə start götürən marşrut avtobusları paytaxta qrafikə uyğun çatıb:

"Marşrut avtobuslarının qrafikində gecikmələr yoxdur. Bakıdan da bölgələrə gedən avtobusların hərəkətində də gecikmələr olmayıb".