Ermənistan ordusu Qarabağda itki verdi

17 Fevral 2017 14:43 (UTC+04:00)

Ermənistan ordusunun daha bir əsgəri ölüb. Movqe.az  erməni KİV-nə istinadən xəbər verir ki, fevralın 17-də Qarabağda hərbi hissələrdən birinin əsgəri 1997-ci il təvəllüdlü Qareqin Ara Arqamanyan dəm qazı zəhərlənməsindən ölüb.

Ermənistanın Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparır.