Bakıda içkidən zəhərlənmə

17 Fevral 2017 14:59 (UTC+04:00)

Hövsan sakini alkoqoldan zəhərlənib. Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, fevralın 16-da Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan Fehruz Məhərrəmov alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Araşdırma aparılır.