Nazir: Azərbaycan torpaqlarını azad edənədək Ermənistan regional əməkdaşlıqdan kənar qalacaq

17 Fevral 2017 15:10 (UTC+04:00)

Azərbaycan torpaqları işğal altında qaldığı müddətdə Ermənistan regional iqtisadi əməkdaşlıqdan kənar qalacaq. Movqe.az-ın məlumatına görə, bunu Türkiyə-Azərbaycan-Gürcüstan formatında keçirilən beşinci biznes-forum zamanı Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, regionda sabitliyi pozan, işğalçı siyasət həyata keçirən və qonşu ölkələrə qarşı torpaq iddiaları olan Ermənistan hər zaman iqtisadi və siyasi əməkdaşlıqdan kənar qalacaq.