Azərbaycanda əhalinin sayı açıqlanıb

17 Fevral 2017 16:28 (UTC+04:00)

Azərbaycanda əhalinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən Movqe.az-a verilən məlumata görə, ötən il əhalinin sayı 104,4 min nəfər və ya 1,1 faiz artaraq 2017-ci il yanvar ayının 1-i vəziyyətinə 9810,0 min nəfərə çatıb.