Səidə Sultan efirdə ağladı-FOTO

17 Fevral 2017 18:11 (UTC+04:00)

"Anam bəzən deyir ki, oxşadın atana". Movqe.az xəbər verir ki, ARB TV-nin "Gəlin danışaq" verilişinin bu dəfəki qonağı Səidə Sultan olub. Müğənni daha çox atasına oxşadığını bildirib:

"Anam bəzən deyir ki, oxşadın atana. Atam biraz dəliqanlı kişi olub. Deyirəm ki, mən onun qızıyam, 3 qızdan birisi ona oxşamalıdı da". 

Səidə Sultan anasından danışarkən isə göz yaşlarını saxlaya bilməyib.  "Anam mənim həm anamdır, həm atamdır. Allah mənim ömrümdən alıb ona versin. Anam zəhmətkeş qadındır".