Azərbaycan iqtisadiyyatı 0,8% artıb

17 Fevral 2017 20:30 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanın rezidentləri tərəfindən istehsal edilmiş ümumi daxili məhsul əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8% artaraq 5 233,1 mln. manat təşkil edib.

Movqe.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ÜDM istehsalının 47,7%-i sənayenin, 9,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 6,8%-i tikintinin, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 15,9%-i isə digər sahələrin payına düşüb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 6,1%-ni təşkil edib.
Ümumi daxili məhsulun 56,3%-i iqtisadiyyatın qeyri-neft sahələrində istehsal olunub.