Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs edildi

18 Fevral 2017 17:19 (UTC+04:00)

Rusiya tərəfindən axtarışa verilən şəxs Azərbaycanda tutulub. Movqe.az-ın DİN-in saytına istinadən məlumata görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 166-cı və 264-cü maddələri (nəqliyyat vasitəsinin qaçırılması, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydasını pozma) ilə axtarışda olan Natiq Qulamov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutularaq Sumqayıt Şəhər Polis İdarəsinə təhvil verilib.