Külli miqdarda dərmanın ölkəyə qanunsuz keçirilməsinin qarşısı alındı

18 Fevral 2017 18:53 (UTC+04:00)

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında yüklə daxil olan yük avtomobili "HCVG viZual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib.

Movqe.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə vətəndaşının idarə etdiyi həmin avtomobil yoxlama-baxış sistemindən keçərkən avtomobilin qoşqusunun altında gömrük nəzarətindən gizlədilmiş 548 konvalyut "Pantactive 40 mg Enterik Kaplı Tablet Pantoprazol", 278 konvalyut "Pepticer 30 mg Lansoprazol" adlı dərman preparatları və 1497 ədəd "Melox 15 mg" adlı ampul aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.