12 yaşlı oğlanı avtomobil vurdu

18 Fevral 2017 21:19 (UTC+04:00)

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib. Movqe.az  APA-ya istinadən xəbər verir ki, İmişli rayonunun Qaradonlu kənd sakini, 12 yaşlı Süleymanov Mirələkbər Mirsəməd oğlu yolu keçərkən onu avtomobil vurub. Uşaq ağır vəziyyətdə İmişli Rayon Xəstəxanasına, oradan isə Bakı xəstəxanalarından birinə yola salınıb.

 
Faktla bağlı İmişli Polis Şöbəsində araşdırma aparılır.