Naharda 800 uşaq zəhərləndi

18 Fevral 2017 21:48 (UTC+04:00)

Yaponiyada paytaxt Tokionun yaxınlığında yerləşən Tatikava şəhərində 7 məktəbdən olan 800 uşaq qidadan zəhərlənib.

Trend RİA Novosti agentliyinə istinadən xəbər verir ki, məlumata görə, uşaqlar qarın ağrıları və ürəkbulanma ilə şikayət ediblər.

Uşaqlardan 5-i hospitala yerləşdirilib.

İlkin məlumatlara görə, uşaqlar məktəbdə nahar yeməyindən zəhərləniblər.