Dəməşqdə cənazə mərasimi atəşə tutulub: 17 ölü, 54 yaralı

19 Fevral 2017 09:30 (UTC+04:00)

Suriyanın paytaxtı Dəməşq şəhərində Bəşər Əsədə məxsus hərbi qüvvələr cənazə mərasimini "fil" mərmiləri ilə atəşə tutub.

Movqe.az-ın məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.
Məlumata görə, atəş zamanı 17 nəfər həlak olub. Həmçinin daha 54 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar xəstəxanalara yerləşdirilib.