Polis general-mayoru Sərvər Mehrəliyev təqaüdə göndərilib

19 Fevral 2017 12:00 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib. APA-nın xəbərinə görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur. DİN-dən  faktı təsdiqləyiblər.