Çilidə şiddətli zəlzələ baş verib

19 Fevral 2017 13:00 (UTC+04:00)

Çilidə 6,4 bal gücündə zəlzələ olub. “RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, yer səthindən 266 km dərinlikdə baş verən zəlzələnin episentri Sokayre şəhərindən 74 km aralıda qeydə alınıb. Xəsarət alanlar və dağıntılar barədə hələlik xəbər verilməyib. Bundan əvvəl Argentinanın şimal-qərbində 6,3 bal zəlzələ baş verib.