ABŞ-ın vitse-prezidenti və Türkiyənin baş naziri arasında danışıqlar keçirilib

19 Fevral 2017 14:00 (UTC+04:00)

ABŞ-ın vitse-prezidenti Mayk Pens və Türkiyənin baş naziri Binəli Yıldırım arasında baş tutan görüşdə İŞİD-lə mübarizə və İrana dair məsələlər müzakirə olunub. Movqe.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub. “Tərəflər İranın regionda stabilliyi pozmasına yol verməməyə dair razılığa gəliblər. Liderlər həmçinin İŞİD-ə qarşı mübarizədə birgə addımların gücləndirilməsi yollarını müzakirə ediblər”, - deyə Ağ Evin məlumatında bildirilir.  

 
Pens və Yıldırım terrorizmin bütün formaları ilə mübarizə aparmağa hazır olduqlarını bildiriblər.  
 
Bundan başqa, vitse-prezident, NATO üzrə ABŞ-ın strateji tərəfdaşı və müttəfiqi olan Türkiyə qarşısında Vaşinqtonun üzərinə götürdüyü öhdəlikləri təsdiqləyərək, Ankaranın İŞİD-ə qarşı mübarizəyə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.