Poroşenko Rusiyanın Donbas separatçılarının sənədlərini tanımasını şərh edib

19 Fevral 2017 14:30 (UTC+04:00)

Ukrayna prezidenti Pyot Poroşenko Rusiyanın Donbasdakı separatçı rejimin əhaliyə verdiyi sənədləri tanımasına münasibət bildirib. Movqe.az-ın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Poroşenko qeyd edib ki, bu, beynəlxalq hüququn Rusiya rəhbərliyi tərəfindən pozulmasına sübutdur.   

 
“Bu, Rusiyanın beynəlxalq hüququ pozmasının və işğal törətməsinin növbəti təsdiqidir”, - deyə o qeyd edib.
 
Rusiya Ukraynanın Donbas bölgəsindəki “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” separatçı rejimlər tərəfindən istifadəyə verilən sənədləri tanıyıb. Rusiya prezidenti Vladimir Putin  bununla bağlı fərman imzalayıb.