Dəməşqdə cənazə mərasimi atəşə tutulub: 17 ölü, 54 yaralı

19 Fevral 2017 21:00 (UTC+04:00)

Suriyanın paytaxtı Dəməşq şəhərində Bəşər Əsədə məxsus hərbi qüvvələr cənazə mərasimini “fil” mərmiləri ilə atəşə tutub.Bu barədə “Anadolu” agentliyi xəbər verib. Məlumata görə, atəş zamanı 17 nəfər həlak olub. Həmçinin daha 54 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar xəstəxanalara yerləşdirilib.