İraqın neft ehtiyatları artaraq 154 milyard barelə çatıb

19 Fevral 2017 22:00 (UTC+04:00)

İraqın neft ehtiyatları əvvəlki qiymətləndirmədən sonra 11 milyard barel artaraq 154 mlrd. barelə çatıb. "Movqe" "Reuters"ə istinadən xəbər verir ki, bunu ölkənin neft naziri Cabir əl-Lyəibi deyib. O əlavə edib ki, İraq OPEC-dən yeni məlumatların qeydə alınmasını xahiş edəcək. Nazirin sözlərinə görə, ehtiyatların artması mərkəzi və cənubi İraqdakı yeddi neft yatağında aparılan qiymətləndirmə işinin nəticəsidir.