Ağcabədidə faciə: əlində qumbara partladı

20 Fevral 2017 12:58 (UTC+04:00)

Ağcabədi rayonunda bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 18-də Ağcabədi rayonunun Minəxorlu kəndində yaşayan Yusif Əliyev həyətindən tapdığı "F-1" qumbarasının alışdırıcısı ilə ehtiyatsız davrandığından baş vermiş partlayış nəticəsində sol əlindən xəsarət alıb.

 

Nəticədə Y.Əliyev xəstəxanaya yerləşdirilib və sol əlinin 2-ci (şəhadət) barmağı amputasiya edilib.