85 yaşlı kişini yerə yıxdılar - QULDURLUQ

20 Fevral 2017 13:10 (UTC+04:00)

Ağdamda quldurluq hadisəsi baş verib. Movqe.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 4-də Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan 85 yaşlı Yasin Abbasovun evinə quldurluq yolu ilə girən 2 naməlum şəxs ev sahibini yerə yıxaraq əlləri ilə boğazından tutub, lakin bu zaman səs-küy yarandığından hadisə yerini tərk ediblər.

 

Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakinləri, əvvəllər məhkum olunmuş Ayxan Əliyev və Ülvi Əhmədov tutulublar.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.