Baş konsul: “İğdırdakı qəzada ölənlərdən 5-i Azərbaycan vətəndaşıdır”

20 Fevral 2017 14:30 (UTC+04:00)

“İğdırdakı qəzada ölən 8 nəfərdən 5-i Azərbaycan vətəndaşıdır”.

Bunu “Report”un Türkiyə bürosunun əməkdaşına açıqlamasında Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev bildirib. O qeyd edib ki, qəzada ümumilikdə 28 nəfər xəsarət alıb: “Qəzada 26 Azərbaycan vətəndaşı yaralanıb. Yaralılar İğdır dövlət xəstəxanasına yerləşdirilib”.