İran XİN: Dağlıq Qarabağdakı “referendum” qəbulolunmazdır

20 Fevral 2017 14:47 (UTC+04:00)

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda “referendum” keçirilməsi qəbulolunmazdır.

Movqe.az-ın  məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib.

Onun sözlərinə görə, qeyri-legitim rejimin keçirdiyi “referendum” Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyəcək.

O əlavə edib ki, münaqişə yalnız dialoq yolu ilə həll oluna bilər.