BƏYANAT: Norveç Dağlıq Qarabağdakı "referendum"u tanımır

20 Fevral 2017 14:58 (UTC+04:00)

Norveç beynəlxalq ictimaiyyətin digər üzvləri kimi qondarma Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanımır.

Movqe.az-ın  məlumatına görə, bu barədə Krallığın facebook səhfəsində bildirilib.

 

Bəyanatda həmçinin, Norveçin Dağlıq Qarabağda fevralın 20-də keçirilən "referendum"u tanımadığı da vurğulanıb:

 

“Norveç Azərbaycan Respublikasının ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin sürətləndirilməsində ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir”.