Səfir: Latviya Dağlıq Qarabağda keçirilən “referendumu” tanımır

20 Fevral 2017 17:11 (UTC+04:00)

Latviya Dağlıq Qarabağın “müstəqilliyini” və orada keçirilən “referendumu” tanımır. Bu sözləri eksklüziv olaraq Trend-ə Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs deyib.

Diplomat vurğulayıb ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində Minsk qrupunun səylərini dəstəkləyir.