Poroşenko: "Putin Donbasda İkinci Hələb yaradır"

20 Fevral 2017 17:40 (UTC+04:00)

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın dövlət başçısı Vladimir Putini Donbasda Ukrayna Hələbinin, harada ki, onun sözlərinə görə, separatçılar məqsədyönlü şəkildə dinc sakinlərə hücüm edirlər, yaradılmasında ittiham edib.

Movqe.az-ın məlumatına görə, o bu haqda “Bild” qəzetinə müsahibəsində bildirib.

"Şərqi Ukraynanın bəzi hissələrində vəziyyət dramatikdir. Bizdə dəqiq sübutlar var ki, onun dinc sakinlərinə məqsədyönlü şəkildə hücüm edirlər. Putin orada Ukrayna Hələbi yaradır", — deyə P.Poroşenko vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna bir çox razılaşmaları sınayıb, amma Moskva onları yerinə yetirmir.

Poroşenko Vladimir Putini həmçinin, Minsk razılaşmasının pozulmasında ittiham edib: "Minsk sülh razılaşmasının işləməməsi səbəbinin bir adı var — Putin. Biz Ukraynada sülh üçün hər şeyi etdik, qanunları dəyişdirdik, razılaşmaya riayət etdik, amma Rusiya qətlləri davam etdirir. Vədlər, hansıları ki, Rusiya hökuməti verir, hər gün pozulur”, - Ukrayna prezidenti əlavə edib.